İşğalçılar Yəməndə ağır tələfat verdilər
-
İşğalçılar Yəməndə ağır tələfat verdilər
Yəmən ordusu və xalq qüvvələri Yəmənin cənubunda təcavüzkarların bazasına raket hücumunda onlarla işğalçını öldürüb və yaralayıblar.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri şənbə günü günortadan sonra Ləhic vilayətinin cənubunda əl-Ənd hərbi hava bazasına raketlə hücum ediblər. Nəticədə onlarla işğalçı qüvvənin ölməsi və yaralanmasınan əlavə bir neçə hərbi helikopter də məhv edilib.
Bu hücumda həmçinin Amerikanın Black Water şirkətininin yeni komandanı general Nikolas Patris də öldürülüb.
Bu arada əl-Məyadin telekanalı Yəmən silahlı qüvvələrinin sözçüsünə istinadla bildirib ki, əl-Ənd hava bazasına raketin dəyməsi nəticəsində yüzlərlə nəfər həlak olub və yaralanıb.
Bu rəsmi əlavə edib: Əl-Ənd hərbi bazasına raket dəydikdən sonra təcili yardım və yanğınsöndürənlər bu bazaya ezam olundular və hərbi helikopterlər də bu məkanın səmasında uçuşa başladılar.
Həmçinin bildirilib ki, Yəmən döyüşçüləri əl-Şərəfə və Misrəh şəhərciyində hərbi bazada bir qrup səudiyyəli hərbçi və muzdlunu öldürüblər.
Əl-Məsirənin məlumatına görə, bu qarşıdurmada 4 səudiyyəli hərbçi öldürülüb.
Əl-Məyadin başqa bir məlumatda bir yəmənli hərbi rəsmiyə istinadla Yəmənin şərqində yerləşən Maribdə səudiyyəli pilotsuz təyyarənin vurulduğunu bildirib.
Bu arada Yəmən ordusunun Dəniz Qoşunları komandanı bildirib: Yəmən ordusu sahil müdafiəsi ilə əlaqədar silahlarının yeniləşdirməyə və artırmağa nail olub.