Əl-Ənd hərbi bazasında səudiyyəli təcavüzkarların əməliyyat otağı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206482-Əl_Ənd_hərbi_bazasında_səudiyyəli_təcavüzkarların_əməliyyat_otağı_məhv_edilib
Yəmən qüvvələri əl-Ənd hərbi bazasını Tuşka raketi ilə hədəfə alaraq təcavüzkarlara ağır zərbələr endiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2016 06:22 Asia/Baku
  • Əl-Ənd hərbi bazasında səudiyyəli təcavüzkarların əməliyyat otağı məhv edilib
    Əl-Ənd hərbi bazasında səudiyyəli təcavüzkarların əməliyyat otağı məhv edilib

Yəmən qüvvələri əl-Ənd hərbi bazasını Tuşka raketi ilə hədəfə alaraq təcavüzkarlara ağır zərbələr endiriblər.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmən ordusunun Ləhic vilayətində yerləşən əl-Ənd hərbi bazasına raket hücumunda onlarla təcavüzkar hərbçinin ölməsi və yaralanmasından əlavə bir neçə hərbi helikopter, Tayfun, həmçinin bir neçə zirehli avtomobil, tank, transportyor və hərbçilərin sığınacaq məkanı məhv edilib.

Əldə olunan məlumatlara görə, bu raket hücumunda BƏƏ, Sudan, Bəhreyn və Ərəbistan hərbçilərindən əlavə, Black Water təhlükəsizlik şirkətinin yeni komandanı general Nikolas Petris də öldürülüb.

Yəməndən əldə olunan digər bir məlumata görə, Yəmən qüvvələri Cizan və Əsir bölgələrində Ərəbistanın bir tankı və bir hərbi avtomobilini məhv ediblər.

Əl-Məsirə televiziyası Ərəbistanın Cizan vilayətində yerləşən əl-Şəbəkə məntəqəsində Abrams tankının məhv edilməsi və onun bütün hərbçisinin öldürülməsi kadrlarının yayımlandığını bildirib.

Yəmən ordusu və xalq qüvvələri Əsirdə əl-Məcaz hərbi bazasının nəzarət mərkəzi yaxınlığında Ərəbistanın bir zirehli avtomobilini hədəfə alıb və onu yandırıblar. Bu əməliyyatda bir qrup səudiyyəli hərbçi öldürülüb.