İraqda Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgəri öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206494-İraqda_Ərəbistanın_milli_qvardiyasının_bir_qrup_əsgəri_öldürülüb
İraqın könüllü qüvvələri İŞİD üzvü olan Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgərini Tikritdə öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2016 07:23 Asia/Baku
  • İraqda Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgəri öldürülüb
    İraqda Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgəri öldürülüb

İraqın könüllü qüvvələri İŞİD üzvü olan Ərəbistanın Milli Qvardiyasının bir qrup əsgərini Tikritdə öldürüblər.

Səhər Beynəlxalq Televiziyasının ABNA-ya istinadla verdiyi məlumata görə, İraqın hərbi informasiya portalı bildirib: İraqın təhlükəsizlik qüvvələri Tikritin şimalında yerləşən əl-Şərqat məntəqəsində bir qrup İŞİD-çini öldürüblər. Öldürülənlərin bir neçəsi Ərəbistanın Milli Qvardiyasının üzvləri olublar.

İraqın təhlükəsizlik rəsmilərinin dediyinə görə, Ərəbistan vətəndaşlarının İŞİD sıralarında iştirakı diqqəti cəlb edir və İŞİD-in komandanlarının bir qrupu Ərəbistan vətəndaşıdır.

İraqda əldə olunan başqa bir məlumata görə, çərşənbə axşamı günü Bağdadın cənubunda əl-Mədain məntəqəsində bir kafe yaxınlığında bomba partladılıb. Partlayış nəticəsində iki İraq vətəndaşı həlak olub, 8 nəfər də yaralanıb.

BMT verdiyi hesabatda İraqda de-stabillik barəsində bildirib ki, 2016-cı ilin ilk ayında İraqda 849 nəfər həlak olub, 1450 nəfər də yaralanıb.

Bu hesabatda İŞİD terror qruplaşması İraqdakı destabilliyin və sivillərin qətlə yetirilməsinin əsas amili elan olunub.