Ali-Səud Yəməndə cinayətlər törətməkdə davam edir
-
Ali-Səud Yəməndə cinayətlər törətməkdə davam edir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın bombardmançı təyyarələri ötən gecə bir neçə dəfə Yəmənin müxtəlif bölgələrini bombalayıblar.
Səhər Beynəlxalq Teleiziyasının əl-Məsirə xəbər telekanalına istinadla verdiyi məlumata görə, təcavüzkar qırıcı təyyarələr Yəmənin şimalında Səna və Sədə vilaytləri və Zimar şəhərinin müxtəlif məkanlarını 12 dəfə bombalayıblar. Nəticədə bir neçə sivil həlak olub və yaralanıb.
Ərəbistanın təcavüzkar qırıcı təyyarələri Marib vilayətinin Sərvah şəhərində əl-Əşqəri məntəqəsini bir neçə dəfə hücuma məruz qoyublar.
Bu arada Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadi iddia edib ki, hərbi əməliyyat Yəmən paytaxtı Səna ələ keçirilənə qədər davam edəcək.
Ərəbistanın başçılıq etdiyi koalisiyanın 2015-ci il 26 martdan Yəmənə hücumlarında indiyə qədər minlərlə yəmənli, o cümlədən qadın və uşaqlar həlak olub və yaralanıb, on minlərlə nəfər didərgin düşüb və bu ölkənin infrastrukturunun 80%-i dağılıb.