Daha bir qrup iraqlı kürd mühacir həlak olub
Daha bir qrup iraqlı kürd mühacir Egey dənizində qərq olub.
IRNA-nın məlumatına görə, İraq Mühacirlər Federasiyasının başçısı Ari Cəlal cümə axşamı günü bu ölkənin şimalındakı Süleymaniyyə şəhərində deyib ki, iraqlı kürd ailələrin İraq Kürdüstanı məntəqəsinin iqtisadi durumunun ağırlığından qaçmaq üçün Avropaya mühacirəti onlardan daha 42 nəfərin həlak olması ilə nəticələnib.
Ari Cəlal deyib: Qaçaq formasında Yunanıstana getməyə çalışan iraqlı mühacir kürdlərdən əlli nəfər Egey dənizində qərq olubdur ki, onlardan təkcə səkkiz nəfər xilas olubdur.
Bu məlumata görə, ötən iki həftə ərzində onlarla iraqlı kürd Türkiyədən Avropaya getmək istəyərkən Egey dənizində qərq olub.
İşsizlik və maliyyə böhranının artması İraq Kürdüstanı məntəqəsinin iki ciddi problemidir, belə ki, bu məntəqənin yerli idarəsi öz işçilərinin əmək haqlarını əlli faizədək azaldıbdır.
Qeyd edək ki, İraq Kürdüstanı məntəqəsində iqtisadi vəziyyətin ağırlığı xalq etirazları ilə üzləşir.