Yəməndə səudiyyə təcavüzkarları hədəfə alınıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206770-yəməndə_səudiyyə_təcavüzkarları_hədəfə_alınıblar
Yəmən ordusunun səudiyyə təcavüzkarlarının ən böyük toplanış mərkəzinə qarşı raket hücumu nəticəsində bir qrup təcavüzkar məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2016 09:24 Asia/Baku
  • Yəməndə səudiyyə təcavüzkarları hədəfə alınıblar
    Yəməndə səudiyyə təcavüzkarları hədəfə alınıblar

Yəmən ordusunun səudiyyə təcavüzkarlarının ən böyük toplanış mərkəzinə qarşı raket hücumu nəticəsində bir qrup təcavüzkar məhv edilib.

Yəmənin Əlməsirə telekanalı cümə günü xəbər verib ki, Yəmənin ordusu və xalq qüvvələri Ərəbistanın hücumlarına cavab olaraq, Yəmənin mərkəzində yerləşən Marəb məntəqəsindəki Mas qarnizonunu hədəfə alıblar ki, nəticədə ardıcıl partlayışlar və geniş yanğın baş verib.

Bu məlumata görə, ölənlər barədəki ilkin statistikalar onlarla səudiyyəli muzdurun ölməsindən söz açır. Mas qarnizonunun strateji mövqeyi onu səudiyyə hərbçilərinin ən böyük toplanış mərkəzinə çeviribdir.

Yəmən ordusu həmçinin Marəb vilayətindəki Səhnulcin və Əlsəlasə bazalarında muzdurların yerləşdikləri məkana bir neçə raket atıb. Nəticədə bir qrup muzdur ölüb və ya yaralanıb.

Yəmən ordusu Təiz vilayətindəki Əlahiyuq məntgəqəsində də düşmənin mövqelərinə hücum edərək, onlardan onlarla nəfəri məhv edib.

Yəmən ordusunun raket bölməsi də Təiz vilayətindəki Əlməxa sahilləri yaxınlığında təcavüzkar səudiyyə koalisiyasının dörd hərbi qayığını məhv edib.

Digər tərəfdən, Əlbiyza vilayətində yəmənli xalq qüvvələri səudiyyə təcavüzkarlarının tabeliyində olan azı otuz muzduru həbs ediblər.

Yəməndən daxil olan başqa bir xəbərə görə, Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarının davamında Səədə vilayətində onlarla ev dağıdılıb.

Həmçinin bir qrup yəmənli qəbilə cümə axşamı günü Yəmənin paytaxtı Sənada simvolik yürüş keçirərək, səudiyyə təcavüzkarlarının qarşısında müqaviməti vurğulayıb. Onlar səudiyyə işğalçıları və hücumçuları qarşısında Yəmənin xalq qüvvələrini himayə etdiklərini bildiriblər.