İraqın qərbində yerləşən Səccariyə məntəqəsi azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206977-İraqın_qərbində_yerləşən_səccariyə_məntəqəsi_azad_edildi
İraq ordusu ölkənin qərbində yerləşən əl-Ənbar vilayətinin Səccariyə məntəqəsini İŞİD-in işğalından azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2016 09:34 Asia/Baku
  • İraqın qərbində yerləşən Səccariyə məntəqəsi azad edildi
    İraqın qərbində yerləşən Səccariyə məntəqəsi azad edildi

İraq ordusu ölkənin qərbində yerləşən əl-Ənbar vilayətinin Səccariyə məntəqəsini İŞİD-in işğalından azad edib.

İRİB-nin məlumatına görə, İraqın terrorizm ilə mübarizə qüvvələrinin komandanı Əbdülğəni Əsədi şənbə günü deyib: Rəmadi şəhərinin Səccariyə məntəqəsi tamamilə terrorçulardan azad edilib və ordu qüvvələri Cubiyə məntəqəsinə daxil olmaq ərəfəsindədirlər.

Əl-Ənbar vilayəti üzrə əməliyyat qüvvələrinin komandanı İsmayıl Məhlavi də deyib: İraqın təhlükəsizlik qüvvələri Səccariyə məntəqəsində İŞİD terrorçularının mühasirəsində olan İraqlı ailələri mühasirədən xilas ediblər.

İŞİD terrorçuları Səccariyədə sivil vətəndaşlardan canlı divar olaraq istifadə edirmiş. Rəmadi şəhərinin mərkəzi 28 dekabr 2015-ci il tarixində İŞİD-in işğalından azad edilib. Bu məntəqə təqribən 8 ay İŞİD-in işğalı altında qalıb.