Fev 08, 2016 11:34 Asia/Baku
  • Yəməndə Blak Vater qüvvələrindən bir qrupu öldürülüb
    Yəməndə Blak Vater qüvvələrindən bir qrupu öldürülüb

Yəməndə Blak Vater qüvvələrinin tabeliyində olan xarici muzdurlardan bir qrupu öldürülüb.

IRNA-nın məlumatına görə, Blak Vater qüvvələrinin tabeliyində olan bir qrup ünsür, o sıradan bir neçə kolumbiyalı və avstraliyalı Yəmənin Təiz vilayətində öldürülüb.

Ərəbistanın başçılığı altında olan koalisiyanın Yəmənə qarşı təcavüzünün başlanmasından bəri Yəmən ordusu tərəfindən onlarla Blak Vater qüvvəsi öldürülüb və ya yaralanıbdır.

Blak Vater təhlükəsizlik şirkətinin qüvvələrini icarəyə götürülmüş xarici qüvvələr təşkil edirlər.

Birləşmiş Ərəb Əmirlikləri bir çox qüvvəsinin Yəmən savaşında öldürülməsinin ardınca Blak Vater qüvvələrini idxal etməyə başlayıbdır.

Teqlər