İraq ordusunun hücumlarında bir qrup terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i207520-İraq_ordusunun_hücumlarında_bir_qrup_terrorçu_öldürülüb
İraq ordusunun Kərkükdə İŞİD terrorçularına qarşı hava hücumlarında azı üç terrorçu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2016 15:38 Asia/Baku
  • İraq ordusunun hücumlarında bir qrup terrorçu öldürülüb
    İraq ordusunun hücumlarında bir qrup terrorçu öldürülüb

İraq ordusunun Kərkükdə İŞİD terrorçularına qarşı hava hücumlarında azı üç terrorçu öldürülüb.

İraqın Brasa xəbər agentliyinin məlumatına görə, İraq ordusunun qırıcıları çərşənbə günü Kərkükün Bəşir kəndində İŞİD terrorçularının iki qərargahını bombalayıblar ki, nəticədə üç terrorçü ölüb, altı nəfər də yaralanıbdır.

Həmçinin İraqın təhlükəsizlik mənbələri bildiriblər ki, bomba qoyulmuş bir avtomobil Kərkük şəhərindəki bir hüseyniyyənin yaxınlığında partlayıb; nəticədə azı yeddi nəfər yaralanıb.

Digər bir xəbərə görə, İraq ordusu Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinin şimalında İŞİD terrorçularına aid bir pilotsuz təyyarəni vurub yerə salıbdır.

İŞİD pilotsuzu yenicə azad olunmuş Ərrəmadi şəhəri üzərində kəşfiyyat aparmaq üçün havaya qalxıbmış.

İraqın ordusu və xalq qüvvələri fevralın 9-da Ərrəmadi şəhərini tam şəkldə İŞİD terrorçularının nəzarətindən azad etdilər.