Sionist qəsəbə sakinləri Məsciduləqsaya basqın edblər
Fələstinlilər və müsəlmanların müqəddəslərinə hörmətsizliyin davamında sionist hərbçilər bir daha müqəddəs Əl-Əqsa məscidinə basqın ediblər.
Livanın Əl-Əhd xəbər portalının məlumatına görə, sionist rejim hərbçiləri cümə axşamı günü Məsciduləqsanın ərazisinə daxil olduqdan sonra fələstinlilərlə toqquşub və beş fələstinlini həbs ediblər.
Sionistlərin Əl-Əqsa məscidinə qarşı təhrikedici hərəkətlərinə etiraz olaraq başlanmış Qüds intifazəsi beşinci aya daxil olub.
2015-ci ilin oktyabrında başlanmış Qüds intifazəsinin əvvəlindən bəri 180-dən çox fələstinli şəhid edilib.
Digər bir xəbərə görə, sionist rejim hərbçiləri çərşənbə günü gecə Qüdsdə və qərb sahilində on altı fələstinlini həbs edərək, zindana salıblar.
Sionist hərbçilər ötən çərşənbə axşamı günündən bəri bir sionist qəsəbə sakininə hücum niyyətində olan fələstinlinin aşkarlanması bəhanəsilə qərb sahilində yerləşən Beyt-Ləhm şəhərinin qərbindəki Nəhalin kəndini mühasirəyə alıblar.