Fev 14, 2016 19:02 Asia/Baku
  • Bəhreyndə anti-hökumət etirazları davam edir
    Bəhreyndə anti-hökumət etirazları davam edir

Bəhreyn İnsan Haqları Mərkəzi bu ölkədə anti-hökumət etirazlarının davam etdirilməsini vurğulayıb.

Daxil olan məlumata görə, Bəhreyn İnsan Haqları Mərkəzi bildirib ki, Bəhreyn xalqı inqilabının ildönümünün gəlib çatması münasibətilə bu ölkənin 38 məntəqəsində 43 dinc aksiya keçirilib.

Bəhreyn İnsan Haqları Mərkəzi xəbər verib ki, Ali-Xəlifə rejiminin hərbçiləri keçirilən aksiyalar arasında on aksiyaya hücum edərək, aksiyaçılara tərəf gözyaşardıcı qaz işlədiblər.

Bəhreyn İnsan Haqları Mərkəzinin məlumatına görə, Ali-Xəlifə rejiminin repressiya ünsürləri on yeddi bəhreynlini, o sıradan on uşağı həbs ediblər. Bu etirazlarda iştirak edən üç nəfər atəş nəticəsində yaralanıbdır.

Bu gün, fevralın 14-ü, Bəhreyn xalqının qiyamının ildönümü günüdür və Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bu ölkənin cənub-şərqində hazır vəziyyətə gətiriliblər ki, xalqın Bəhreyn inqilabının beşnici ildönümü günündə aksiya keçirməsinə mane olmuş olsunlar.

Bəhreyn xalqı hər il 2011-ci il 14 fevral inqilabının ildönümündə bu günü qeyd etmək üçün müxtəlif inqilabçı fəaliyyətlər görür ki, onların əksəriyyəti geniş aksiya və siyasi yığıncaqların keçirilməsilə büruzə verir.

Bəhreyn rejimi bu ölkə xalqının qiyamının başlanmasından bəri xalqı yatırtmaq üçün əlindən gələni edib və yüzlərlə etirazçını həbs edib və onlarla nəfəri də öldürübdür.

Teqlər