Yəməndə bir neçə muzdlu əsir düşüb
-
Yəməndə bir neçə muzdlu əsir düşüb
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın təcavüzünü dayandırmaq məqsədilə öz hərbi əməliyyatlarının davamında bir neçə səudiyyəli muzdlunu əsir götürüblər.
Təsnim Xəbər Agentliyinin əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Həccə vilayətinin Midi səhrasının təmizlənməsi əməliyyatı zamanı səudiyyəli təcavüzkar koalisiyanın 8 muzdlu hərbçisini əsir götürüblər.
Yəmən ordusu və xalq qüvvələri Ərəbistnaın təcavüzünün davam etməsinə reaksiyada Nəcranda əl-Xəzra keçidində özünəməxsus bir əməliyyatı icra edərək səudiyyə rejimi ordusunun 5 hərbi avtomobilini sərnişinləri ilə birlikdə məhv ediblər.
Yəmən ordusu və xalq qüvvələrinin raket bölmələri də quru-quru raketlə Ləhic vilayətinin yaxınlığında əl-Şatiri məntəqəsində təcavüzkarların bir hərbi avtomobilini məhv ediblər.
Başqa bir məlumata görə, səudiyyəli təcavüzkar koalisiyanın qırıcı təyyarələri Səna beynəlxalq hava limanını iki dəfə, Təiz vilayətinin əl-Kədrə bölgəsində bir su anbarını bir dəfə hədəfə alıblar. Bu hücum nəticəsində 2 nəfər həlak olub, bir qrup yəmənli də yaralanıb.
Səudiyyəli qırıcılar Yəmənin müxtəlif bölgələrinin bombardman edilməsində qadağan olunmuş silahlardan istifadə edir.
Səudiyyəli qırıcı təyyarələrin Yəmənə hücumları nəticəsində yaralanan yəmənlilərin orqanizmində yaratdığı nöqsanlar Ali-Səud rejimin qadağan olunmuş silahlardan Yəmən vətəndaşlarına qarşı istifadə etdiyini sübuta yetirir.