Bəhreyn: Suriyada heç bir quru əməliyyatında iştirak etməyəcəyik
-
Bəhreyn: Suriyada heç bir quru əməliyyatında iştirak etməyəcəyik
Ali-Xəlifə rejiminin xarici işlər naziri deyib ki, Bəhreyn Suriyada heç bir quru əməliyyatında iştirak etməyəcək.
Mehr xəbər agentliyinin məlumatına görə, Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə əlavə edib: Bəhreyn İŞİD və terrorizmlə mübarizə koalisiyasının bir hissəsidir və bu sahədə rol oynayır, amma Suriyaya qarşı quru müdaxiləsi barədə hər ölkə öz imkanları əsasında hərəkət edir və Bəhreyn özünün quru qoşunlarının Suriyada iştirakı üçün heç bir dəlil görmür.
Xalid bin Əhməd Suriyadakı yeri hadisələrdə Rusiyanıın təsirediciliyini xüsusi qeyd edərək, böyük qüdrətlərin rolunun önəmini vurğulayıb və bildirib ki, Rusiya ilə Amerika arasında Suriyada hərbi əməliyyat ətrafında ahəngdarlıq mövcuddur.
Qeyd edək ki, səudiyyə rejimi son zamanlar özünün ən yeni ssenarisində Bəhreyn daxil olmaqla bəzi ölkələrin Suriyaya quru qoşunları göndərməyə hazır olmalarından xəbər vermişdi.