Səudiyyə qırıcılarının Yəmənin Əlcuf vilayətinə qarşı vəhşilikləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208825-səudiyyə_qırıcılarının_yəmənin_Əlcuf_vilayətinə_qarşı_vəhşilikləri
Səudiyyə qırıcıları Yəmənin Əlcuf vilayətinin müxtəlif məntəqələrini öz hücumlarına məruz qoyublar; nəticədə otuzdan yuxarı yəmənli həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2016 06:18 Asia/Baku
  • Səudiyyə qırıcılarının Yəmənin Əlcuf vilayətinə qarşı vəhşilikləri
    Səudiyyə qırıcılarının Yəmənin Əlcuf vilayətinə qarşı vəhşilikləri

Səudiyyə qırıcıları Yəmənin Əlcuf vilayətinin müxtəlif məntəqələrini öz hücumlarına məruz qoyublar; nəticədə otuzdan yuxarı yəmənli həlak olub.

Mehr xəbər agentliyinin bazar ertəsi günkü məlumatına görə, səudiyyəlilərin Yəmənə qarşı təcavüzü və bu rejim qırıcılarının Yəmənin müdafiəisz xalqına qarşı hücumları şiddətlə davam edir.

Bu məlumata görə, Əlcuf vilayətində yerləşən Əlxarəd məntəqəsində yəmənlilərin sərnişin avtobuslarının səudiyyə qırıcıları tərəfindən bombalanması nəticəsində Yəmənin günahsız əhalisindən 24 nəfər həlak olub.

Səudiyyə qırıcıları beş dəfə Əlcuf-dakı Əlmətamə və Əlxarəd məntəqələrini öz hücumlarına məruz qoyublar, nəticədə üç yəmənli həlak olub.

Ərəbistanın təcavüzkar təyyarələri həmçinin Əlcuf-da bir avtomobili hədəfə alıblar. Bu zaman üç yəmənli həlak olub.