Yəməndə Ərəbistan muzdurları məhv edilib
-
Yəməndə Ərəbistan muzdurları məhv edilib
İki Ərəbistan muzduru Yəmən ordusunun hücumlarında məhv edilib.
Yəməninr rəsmi xəbər agentliyinin məlumatına görə, Ali-Səudun iki hərbçisi Yəmənin ordusu və xalq qüvvələrinin Ərəbistanın cənubunda yerləşən Cizan və Əsir məntəqələrinə qarşı hücumları zamanı öldürülüb və onların bir neçə avtomobili məhv edilibdir.
Yəməndən daxil olan digər bir xəbərə görə, "Nəhrəyn net" xəbər portalı bildirib ki, Yəmənin istefa vermiş fərari prezidenti Mənsur Hadiyə yaxın və baş komandanlardan olan Əbd Rəbbə Hussəyn Əlisraili Ədən şəhərində öldürülüb.
Ədən şəhəri Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadiyə tərəfdar qüvvələrin və Əl-Qaidənnin nəzarəti altındadır.
Mənsur Hadi təqribən iki il bundan qabaq istefadan sonra Ərəbistana qaçdı və Ali-Səud Amerikanın dəstəyilə br neçə ərəb ölkəsilə koalisiya quraraq, Hadini hakimiyyətə qaytarmaq üçün 2015-ci ilin martından Yəmənə qarşı hücumlarına başlayıbdır.
Yəmən vətəndaşları indiyədək Ərəbistan ilə onun müttəfiqlərinin zorakılıqları və hücumları qarşısında müqavimət göstəriblər.