Səudiyyə qırıcıları Yəmənin bir neçə vilayətinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208897-səudiyyə_qırıcıları_yəmənin_bir_neçə_vilayətinə_hücum_ediblər
Səudiyyə qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları bir qrup insanın həlak olması və yaralanması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2016 16:12 Asia/Baku
  • 





Səudiyyə qırıcıları Yəmənin bir neçə vilayətinə hücum ediblər
    Səudiyyə qırıcıları Yəmənin bir neçə vilayətinə hücum ediblər

Səudiyyə qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları bir qrup insanın həlak olması və yaralanması ilə nəticələnib.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, Ərəbistan qırıcıları çərşənbə axşamı günü Yəmənin Marəb, Təiz və İmran vilayətlərini bombalayıb və on beşdən çox yəmənlini qanına qəltan ediblər.

Onlarla nəfər də bu hücumlarda yaralanıb, bir neçə ev və yaşayış massivi də dağılıbdır.

Bu hücumlara cavab olaraq, Yəmənin ordusu və xalq qüvvələri səudiyyə təcavüzkarlarının Təiz vilayətinin Cəbəl Həbəşi şəhərindəki mövqelərinə hücum edərək, onların bəzi bazalarını məhv ediblər.

Yəmənlilər habelə səudiyyəlilərin Təiz vilayətində yerləşən Hifan məntəqəsindəki mövqelərini hədəfə alıblar. Səudiyyə hərbçilərinin Ərəbistanın Cizan əyalətindəki bazaları da Yəmən ordusunun hücumları hədəfinə çevrilibdir.

Ərəbistan regiondakı bəzi ərəb ölkələri ilə koalisiya yaradıb, Amerikanın dəstəyini əldə edərək, 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıbdır ki, bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmış olsun. Bu hücumlar indiyədək səkkiz mindən çox insanın həyatına son qoyubdur.