Mənsur Hadinin tərəfdarları Yəməndə tələfat veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i208933-mənsur_hadinin_tərəfdarları_yəməndə_tələfat_veriblər
Yəmənin istefada olan prezidentinin tərəfdarları Məarib vilayətində tələfat veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2016 07:17 Asia/Baku
  • Mənsur Hadinin tərəfdarları Yəməndə tələfat veriblər
    Mənsur Hadinin tərəfdarları Yəməndə tələfat veriblər

Yəmənin istefada olan prezidentinin tərəfdarları Məarib vilayətində tələfat veriblər.

Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin əks-hücumu nəticəsində istefada olan prezident Mənsur Hadi Əbdürrəbbənin tərəfdarlarından olan 80 nəfər ölüb və yaralanıb.

Yəmən ordusu və xalq qüvvələri həmçinin, Ərəbistanın muzdlu təcavüzkar qüvvələrinin Təiz vilayətində bir bazasına raket zərbələri endirib. Bu hücum zamanı bir qrup muzdlu işğalçının həlak olduğu bildirilir.

Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, Yəmən ordusu və könüllü xalq qüvvələri Ərəbistan ordusunun bir hərbi qayığını Yəmənin Hədidə əyalətində hədəfə alaraq, bu hərbi qayığı batırıblar.

Bu arada Ərəbistanın başçılıq etdiyi təcavüzkar qüvvələrin Yəmənin müxtəlif məntəqələrinə hücumları davam edir.

Ərəbistanın muzdlu təcavüzkar qüvvələrinin Təiz əyalətində, Mədam Vadisi ərazisində yaşayış məntəqəsini minaatanlarla hədəfə almaları nəticəsində bir qrup müdafiəsiz vətəndaş həlak olub və yaralanıb.

Ərəbistan 2015-ci ilin martından ABŞ və ərəb ölkələrinin əməkdaşlığı ilə Yəmənə qarşı geniş hücumlara başlayıb. İndiyə kimi bu hücumlarda 8 mindən çox insan ölüb.