İraq paytaxtında iki terror partlayışı
-
İraq paytaxtında iki terror partlayışı
İraqın paytaxtı Bağdadda iki terror partlayışı nəticəsində onlarla nəfər ölüb və yaralanıb.
IRIB-nin məlumatına görə, bir terrorçu cümə axşamı günü axşam çağı Bağdadın şimal-qərbindəki Əlşölə məntəqəsində yerləşən Rəsuli-Əzəm(s.ə.s.) hüseyniyyəsində özünü namazqılanlar arasında partladaraq, onlarla namaz qılanı qanına qəltan edib.
Digər terror partlayışı isə namaz qılanların Rəsuli-Əzəm(s.ə.s.) hüseyniyyəsindən çıxdıqları zaman baş verib.
Röyters də İraqdakı polis və xəstəxana mənbələrinə istinadla xəbər verib ki, iki terror partlayışı azı 15 nəfərin həlak olması, əllidən çox insanın da yaralanmasına bais olubdur.
İraqlı qaynaqlar bildiriblər ki, həlak olanlardan dörd nəfər İraqın təhlükəsizlik qüvvələrindən olub.
İndiyədək heç bir tərəf bu iki partlayışın məsuliyyətini üzərinə götürməyib, amma İŞİD terror qrupu daim İraqda terror hücumları törədir.