Ali-Səudun Yəməndəki cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209140-ali_səudun_yəməndəki_cinayətləri_davam_edir
Səudiyyə təcavüzkarları Yəmənin yaşayış massivlərini bombalamağı davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2016 10:57 Asia/Baku
  • Ali-Səudun Yəməndəki cinayətləri davam edir
    Ali-Səudun Yəməndəki cinayətləri davam edir

Səudiyyə təcavüzkarları Yəmənin yaşayış massivlərini bombalamağı davam etdirirlər.

Əlaləm telekanalının məlumatına görə, səudiyyə koalisiyasının qırıcıları cümə günü bir neçə mərhələdə Yəmənin şimalındakı Səədə vilayətinin qərbində yerləşən Kətaf məntəqəsini bombalayıblar. Hələ bu hücumların ehtimal olunan tələfat və xəsarəti haqda bir məlumat yayılmayıb.

Səudiyyə təcavüzkarlarının qırıcı-bombardmançı təyyarələi həmçinin Səna vilayətindəki Əlnəhdəyn məntəqəsini bombalayıblar.

Yəmən barədə digər bir xəbərdə deyilir ki, bu ölkənin ordusu və xalq qüvvələrinin Yəmənin cənubundakı Təiz vilayətində yerləşən Kərş məntəqəsindəki hücumlarında bir qrup səudiyyə təcavüzkarı məhv edilib və ya yaralanıbdır. Bu xəbəri Əlməsirə telekanalı yayıbdır.

Ərəbistan bəzi region ölkələrinin həmkarlığı və ABŞ-ın dəstəyilə ötən on bir ayda minlərlə yəmənlini öldürüb və milyonlarla nəfəri didərgin salıbdır.