Ərəbistanın Yəmənə hücumları səngimir
-
Ərəbistanın Yəmənə hücumları səngimir
Ərəbistanın Yəmənin müxtəlif bölgələrinə hücumlarında onlarla sivil həlak olub.
Əl-Məsirə telekanalının məlumatına görə, Ərəbistan qırıcılarının Yəmən paytaxtı Sənaya bugünkü hücumlarında ən azı 24 yəmənli həlak olub və yaralanıb. Həlak olanların əksəriyyəti sivillərdir.
Həmçinin Ərəbistanın Şəbvə və əl-Hədidə vilayətlərinə hücumlarında 11 nəfər həlak olub, 15 nəfər də yaralanıb.
Ərəbistanın Təiz və Sədə vilayətlərinə hücumu bazar ertəsi günündən yenidən başlanıb. Bu hücumların ehtimal olunan tələfatı barəsində məlumat verilməyib.
Ərəbistanın ağır artilleriyası da Yəmənin şimal-qərbində Həccə vilayətinin bəzi bölgələrini atəşə tutublar.
Yəmən ordusu və xalq qüvvələri də Zibab liman şəhərində səudiyyəli düşmən bazasına hücum edərək çoxlu sayda təcavüzkar qüvvəni öldürüblər.
Ərəbistan Amerikanın dəstəyi və bəzi ərəb ölkələri ilə birlikdə 2015-ci ilin mart ayından Yəmənə qarşı irimiqyaslı hücumlara başlayıb.
Təcavüzkarların hücumları nəticəsində indiyə qədər minlərlə yəmənli, o cümlədən uşaq və qadınlar həlak olmuş və on minlərlə nəfər də didərgin düşmüşdür.