Manamada dini məkanların dağıdılması davam edir
-
Manamada dini məkanların dağıdılması davam edir
Bəhreyn təhlükəsizlik qüvvələri paytaxt Manamada dini məkanları bir daha dağıdıblar.
Miratul-Bəhreyn xəbər portalının məlumatına görə, Bəhreynin təhlükəsizlik qüvvələri çərşənbə axşamı günü Manamada əl-Bilad əl-Qədim və əl-Zənc məhəllərinə hücum edərək Bəhreyn şiələrinin Həzrət Zəhranın (s.ə) şəhadətinin ildönümü münasibəti ilə qurduqları bir neçə əzadarlıq çadırını dağıdıblar.
Bəhreyn təhlükəsizlik qüvvələrinin şiələrin dini məkanlarına hücumu daxili işlər naziri Şeyx Raşid Bin Abdullanın açıqlamasından bir neçə gün sonra baş verib. Bəhreynli nazir əksəriyyət təşkil edən hücumun səbəbini onların İranla əlaqədə olması hesab etmişdi.
2011-də xalq qiyamı başlandığı zamandan Ali-Xəlifə rejimi şiələrə qarşı öz düşmənçilik və intiqam xaraakterli siyasəti çərçivəsində şiələrə aid 38 məscidi dağıtmışdır.