Suriyalı qüvvələrin terrorçulara qarşı əməliyyatları davam edir
-
Suriyalı qüvvələrin terrorçulara qarşı əməliyyatları davam edir
Suriya ordusunun hava qüvvələri bu ölkənin mərkəzində terrorçuların mövqelərini hədəfə alıblar.
Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, bu ölkə ordusunun hava qüvvələrinin qırıcıları həmin ölkənin mərkəzindəki Hums şəhərinin cənub-şərqində yerləşən Tədəmmur məntəqəsində İŞİD-in mövqelərini bombalayıblar ki, nəticədə bir qrup terrorçu ölüb və terrorçuların müəyyən miqdarda hərbi təchizatı məhv edilibdir.
Suriayanın şimalındakı Hələb vilayətində də ordu qüvvələri Hələbin şərqində yerləşən Fah kəndinə öz nəzarətlərini təsbit və bir qrup terrorçunu məhv ediblər.
Suriya ordusu üç gün bundan qabaq da İŞİD-in sonuncu mərkəzlərini məhv etdikdən sonra Hələb-Xənasir şose yolu boyunca təhlükəsizlik bərqərar etdi.
Suriya ordusunun hava qüvvələri Hələbin şimal-şərqindəki Əlbab şhərində İŞİD- in qərargahlarına ağır zərbələr endiriblər ki, bu hücumda bir qrup terrorçu məhv edilibdir.
Suriyanın silahlı qüvvələri və bu ölkə ordusunun baş qərargahı Hələbin şimalındakı Misqan və Kiffin məntəqələrinin sakinlərindən istəyibdir ki, bu məntəqələrdə asayiş və təhlükəsizliyin bərqərarının ardınca öz evlərinə geri dönsünlər.
Digər bir xəbərə görə, İŞİD-çilər bomba qoyulmuş bir avtomobillə Suriyanın cənubundakı Əlqənitrə məntəqəsində "Azad Ordu" adlı terror qrupunun üzvlərindən 18 nəfəri öldürüblər.