Ərəbistanın minlərlə kasset bombası Yəmən xalqının başına yağdırılıb
-
Ərəbistanın minlərlə kasset bombası Yəmən xalqının başına yağdırılıb
Əərbistan Yəmənə hücumlarında 2015-ci ilin dekabrınadək təqribən 140 min kasset bombasından istifadə edib.
Səba net xəbər portalının məlumatına görə, Yəməndə Bombalardan İstifadə üzrə Araşdırma-İcra Mərkəzi bildirib ki, təcavüzkar qüvvələr Yəmənin paytaxtı Sənadakı məntəqələri kasset bombaları ilə hədəfə alıb və Fəc Ətan məntəqəsinin sakinlərinə qarşı da neytron bombasından istifadə ediblər.
Yəməndə Bombalardan İstifadə üzrə Araşdırma-İcra Mərkəzi əlavə edib: Təcavüzkar qüvvələr Yəmənin müxtəlif məntəqələrində əkin sahələri, ictimai məkanlar və yaşayış massivlərinə qarşı ABŞ və İngiltərə istehsalı olan qadağan olunmuş silahlardan istifadə edirlər.
Ərəbistan bəzi ərəb ölkələri ilə yanaşı və ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martından bəri Yəmən xalqına qarşı geniş hücumlara başlayıbdır.
İndiyə kimi təcavüzkarların hücumlarında qadın və uşaqlar daxil olmaqla minlərlə yəmənli həlak olub, on minlərlə nəfər də didərgin düşübdür.