Mart 06, 2016 11:42 Asia/Baku
  • Bəhreyndə dağıdılmış əl-Ələviyyat məscidinin yerləşdiyi məkanda namaz qılındı
    Bəhreyndə dağıdılmış əl-Ələviyyat məscidinin yerləşdiyi məkanda namaz qılındı

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin ölkədəki məscidlərin dağıdılması üzrə siyasətinə etiraz olaraq, dağıdılmış məscidlərdən birinin yerləşdiyi ərazidə namaz qılıblar.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, çoxlu sayda insan şənbə günü əl-Ələviyyat məscidinin yerləşdiyi ərazidə camaat namazı qlaraq, hakim rejimin məscidlərin dağıdılması üzrə siyasətini tənqid ediblər.

Bəhreyn vətəndaşları bu simvolik hərəkət ilə dağıdılmış dini məkanların bərpasına təkid ediblər.

Bəhreynin əl-Vifaq cəmiyyəti də Tvitter sosial şəbəkəsində Ələviyyat məscidində qılınan camaat namazı ilə bağlı fotoşəkillər paylaşaraq, bildirib ki, Bəhreyn xalqının dağıdılmış məscidlərdə namaz qılması, bu məscidlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına təkid xarakteri daşıyır.

Hər gün çoxlu sayda insan xüsusi ilə günorta namazını cəm şəklində qıldıqdan sonra Ələviyat məscidinin önündə insan zənciri təşkil edərək, siyasi məhbuslara xüsusi ilə də həbsdə olan milli-islami əl-Vifaq cəmiyyətinin baş katibi şeyx Əli Salmana azadlıq tələb edirlər.

Ali-Xəlifə rejimi Bəhreyn şiələrinə qarşı intiqam xarakterli rəftarlarının davamında onlarla məscidi dağıdıb.

Bəhreyn 2011-ci ildən bəri ölkədə əsaslı islahatların aparılması məqsədi ilə xalq etirazlarının şahididir. Amma, Ali-Xəlifə rejimi xalqın haqlı tələblərini repressiya etməklə, insanları susdurmağa çalışır.

Teqlər