Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i210430-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin müxtəlif bölgələrini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2016 12:59 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin müxtəlif bölgələrini bombardman ediblər.

Əl-Aləm telekanalı xəbər portalının məlumatına görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri Yəmənin cənubunda Təiz vilayətində əl-Məxa şəhərinin Yəxtəl məntəqəsini üç dəfə bombalayıblar.

Səudiyyə qırıcıları həmçinin bir neçə dəfə əl-Couf vilayətinin Xub və əl-Şəəf məntəqələrini bombardman ediblər.

Digər tərəfdən Yəmən qüvvələri Marib vilayətində səudiyyəli muzdlularla toqquşmada bir qrup səudiyyəli muzdlunu öldürüblər.

Yəmənin Ənsarullah Xalq Hərəkatı qüvvələri də istefa vermiş fərari prezident Əbd Rəbbə Mənsur Hadinin muzdlularının əl-Beyza vilayətindəki hücumunu zərərsizləşdirib və çoxlu sayda ünsürü məhv ediblər.

Yəmənin Müdafiə Nazirliyi sözçüsünü bildirdiyinə görə, Ben Qordan şəhərinin təhlükəsizliyi nəzarət altındadır və stabildir.