Ərəbistanın Yəmənin mülki məntəqələrinə hücumları artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i210730-Ərəbistanın_yəmənin_mülki_məntəqələrinə_hücumları_artıb
Yəmənin müxtəlif məntəqələri cümə axşamı günü də Ərəbistanın başçılığı altda olan və "ərəb koalisiyası" adlandırılan qüvvələrin hücumları və ordu və xalq qüvvələrinin qəsbkar qüvvələrlə ağır döyüşləri səhnəsi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2016 06:50 Asia/Baku
  • Ərəbistanın Yəmənin mülki məntəqələrinə hücumları artıb
    Ərəbistanın Yəmənin mülki məntəqələrinə hücumları artıb

Yəmənin müxtəlif məntəqələri cümə axşamı günü də Ərəbistanın başçılığı altda olan və "ərəb koalisiyası" adlandırılan qüvvələrin hücumları və ordu və xalq qüvvələrinin qəsbkar qüvvələrlə ağır döyüşləri səhnəsi olub.

Əlməsirə telekanalı bildirib ki, səudiyyə rejiminin təcavüzkar qırıcıları cümə axşamı günü axşam çağı bir neçə dəfə Yəmənin Marəb vilayətindəki Sirvah məntəqəsini bombalayıblar. Bu hücumlarda bir neçə mülki şəxs həlak olub və yaşayış massivlərinə də xəsarətlər dəyibdir.

Təcavüzkar səudiyyə qırıcılarının cümə axşamı günü cənubda yerləşən Ləhəc vilayətindəki Əlqəbitə məntəqəsində yerləşən bir evə qarşı hava hücumunda bir yəmənli ailənin bütün üzvləri həlak olublar.

Səudiyyə qırıcıları cümə axşamı günü Yəmənin cənubunda yerləşən Təiz vilayətinin Misrah məntəqəsindəki Əlvəraq məscidini hədəfə alaraq, bir qrup namazqılanı qanına qəltan ediblər.

Yəmənin ordusu və xalq qüvvələrinin Yəmənin şərqindəki Marəb vilayətində təcavüzkarların bazasına qarşı raket hücumlarında səudiyyə təcavüzkarları böyük insan tələfatı və maddi xəsarətlərə düçar olublar.

Ərəbistan Amerikanın dəstəyi və bəzi ərəb ölkələrinin əlbirliyi ilə 2015-ci iln martından özünün bu qonşu ölkəsinə qarşı geniş hücumlara başlayıbdır ki, Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmış və bu ölkənin şəhərlərinin təhlükəsizliyini təmin edən yəmənli inqilabçıların qüdrətlənmələrini əngəlləmiş olsun.

Bu hücumlarda indiyədək minlərlə yəmənli, o sıradan çoxlu sayda uşaq və qadın həlak olub və ya yaralanıb, eləcə də onlarla nəfər də didərgin düşüb və bu ölkənin infrastruktur, xidmət və müalicə mərkəzlərinin əksəriyyəti dağıdılıbdır.