İŞİD-in kimyəvi hücumuna etiraz olaraq İraqın şimalında aksiya keçirilib
-
İŞİD-in kimyəvi hücumuna etiraz olaraq İraqın şimalında aksiya keçirilib
İraq vətəndaşları İŞİD-in bu ölkənin şimalına qarşı kimyəvi hücumuna etiraz olaraq akisya keçiriblər.
Frans-Press-in məlumatına görə, İraq vətəndaşları cümə axşamı günü aksiya keçirərək, iraqlı qüvvələrdən istəyiblər ki, İŞİD terror qrupuna hücum etsinlər.
Kərkükdəki yeni şəhərciyin məsul şəxslərindən olan Hüseyn Abbas bildirib ki, ötən çərşənbə günü İŞİD terrorçuları bu şəhərciyi xlor qazına malik təqribən 45 raketlə hücuma məruz qoyublar.
İraqın səhiyyə rəsmilərindən olan Borhan Abdullah-ın dediyinə görə, təqribən 200 nəfər bu hücumdan sonra həkim nəzarətinə alınıb və bu şəxslər tənəffüs, yanıq və dəri narahatlığından əzyiyyət çəkirlər.
İraqdakı bəzi təhlükəsizlik mənbələri bildiriblər ki, İŞİD-in bu hücumları nəticəsində bir iraqlı uşaq daxil olmaqla dörd nəfər həlak olub.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Con Bernen fevral ayında bildirib ki, İŞİD dəfələrlə kimyəvi silahlardan istifadə edib və ehtimal üzrə, onların tərkibində müəyyən miqdarda xardal qazından istifadə olunubdur.