Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan qırıcıları Yəmənin bir neçə əyalətini bombardman ediblər.
Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcıları bazar günü Səna əyalətində yerləşən Bəni Cübəyr məntəqəsinə hücum edərək, onlarla binanı bombardman ediblər. Oxşar hücumlar Təiz və Məarib əyalətlərinə qarşı da olub.
Ərəbistan qırıcılarının Ləhəc və əl-Cəvf əyalətlərinə olan hücumları zamanı isə bir məktəb və bir xəstəxana dağıdılıb. İb əyalətində
isə iki kənd Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb.
Ərəbistanın Apaçi tipli helikopterləri də Ədən əyalətində yerli şura binasını hədəfə alıb.
Ərəbistanın artıq bir ilə yaxındır ki, davam edən hücumları Yəməndə minlərlə nəfərin ölümünə səbəb olub.
Ali-Səud rejimi Yəmənin istefada olan prezidentini hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hücumlar həyata keçirir.