Yəmənli qüvvələrin əməliyyatında onlarla terrorçu öldürülüb
-
Yəmənli qüvvələrin əməliyyatında onlarla terrorçu öldürülüb
Yəmənin ordusu və xalq qüvvələri bu ölkənin şimalında onlarla terrorçunu öldürüblər.
Ələhd xəbər portalnın məlumatına görə, Yəmənin ordu bölmələri və xalq qüvvələri bu ölkənin şimalındakı Əlcuf vilayətində yerləşən Əlhəzm şəhərinin qərbindəki Əlsəfinə və Ələbrəş yüksəkliklərində əməliyyatlar keçirərək, onlarla Ərəbistan muzdurunu öldürüblər.
Yəmənin ordusu və xalq qüvvələri həmçinin Əlcuf vilayətindəki Əlvaziyyə məntəqəsində təcavüzkarların toplaşma mərkəzlərini bir neçə katyuşa raketi ilə hədəfə alıblar ki, bu hücum nəticəsində təcavüzkarlara xəsarətlər dəyibdir.
Yəmənin ordu qüvvələri həmçinin xalq qüvvələrinin köməyilə bu ölkənin cənubundakı İbb vilayətində yerləşən Həbiş və Həzmulədin bölgələrində Ərəbistan muzdurları ilə döyüşərək, onlara ağır xəsarətlər vurublar.
Digər bir xəbərə görə, Əlqaidə terror qrupunun ünsürləri Yəmənin şərqindəki Həzərmut məntəqəsindəki Şərqi Əlridə bölgəsinə nəzarəti ələ alıblar.
Digər tərəfdən, təcavüzkar səudiyyə qırıcıları Yəmənin mərkəzinidəki Marəb və Təiz vilayətləri, eləcə də Səna və Zəmar vilayətlərinin müxtəlif məntəqələrini bombalayıblar.