Türkiyənin cənub-şərqindəki döyüşlərdə 4 nəfər öldürülüb
-
Türkiyənin cənub-şərqindəki döyüşlərdə 4 nəfər öldürülüb
Türkiyənin Diyarbəkir şəhərinin Baclar məntəqəsindəki döyüşlərdə bir polis məmuru və üç yaraqlı şəxs öldürülüb.
Röyters-in məlumatına görə, Türkiyənin təhlükəsizlik mənbələri çərşənbə axşamı günü bu ölkənin cənub-şərqində ən böyük şəhər olan Diyarbəkir şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasındakı döyüşlərdə bir polis məmurunun və üç yaraqlı şəxsin öldürülməsindən xəbər veriblər.
Bu mənbələr bildiriblər ki, çərşənbə axşamı günü Diyarbəkir şəhərinin Baclar məntəqəsindəki döyüşlərdə bir polis məmuru və üç yaraqlı şəxs öldürülüb. Həmçinin yerli məsul şəxslər Kaynartip məntəqəsində komendant saatı tətbiq ediblər.
Ordu da bir bəyanatda bildirib ki, bu, bazar günü Ankarada bomba qoyulmuş avtomobilin partladılmasında 37 nəfərin öldürülməsindən sonra ən yeni zorakılıq sayılır.
Bu mənbə əlavə edib: Ordunun bazar ertəsi günü İraqın şimalındakı Qəndil dağlıq məntəqəsində PKK üzvlərinin qərargahına qarşı hücumlarında 45 silahlı şəxs öldürüldü və onların iki raket mövqeyi və iki silah anbarı məhv edildi.
Türkiyənin təhlükəsizlik başçıları bir qadın daxil olmaqla iki PKK üzvünün bu partlayışda məsuliyyət daşıdığını bildiriblər.
Türkiyə rəsmiləri bazar ertəsi günü cənub-şərqdəki Şirnak şəhərində və İran sərhədi yaxınlığındakı Yüksekova şəhərində, eləcə də Suriya sərhədi yaxınlığındakı Nəsibin şəhərində komendant saatı tətbiq ediblər.