Rusiya S-400 raket kompleksini Suriyada saxlayır
Mart 16, 2016 07:46 Asia/Baku
-
Rusiya S-400 raket kompleksini Suriyada saxlayır
Kreml bildirib ki, Rusiya öz qoşunlarını Suriyadan geri çəksə də, S-400 raket kompleksini bu ölkədə saxlayır.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Kreml Sarayının kadrlar şöbəsinin müdiri Sergey İvanov S-400 raket kompleksinin Suriyada saxlanılıb-saxlanılmayacağı barədə verilən suala cavab olaraq deyib: Rusiya Suriyada təhlükəsizliyin təmin edilməsindən əmin olduğu zamana kimi S-400 raket kompleksini bu ölkədə saxlayacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Rusiya qoşunlarının Suriyadan geri çəkilməsi barədə göstəriş verib və Rusiya qoşunlarının Suriyadan çıxarılması əməliyyatına bu gündən etibarən başlanıb.
Teqlər