Ərəbistan Yəməndə bir bazarı vurdu, 107 nəfər öldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i211288-Ərəbistan_yəməndə_bir_bazarı_vurdu_107_nəfər_öldü
Ərəbistan qırıcılarının Yəmənin Həccə vilayətində bir bazarı bombardman etməsi nəticəsində 107 nəfər həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 10:24 Asia/Baku
  • Ərəbistan Yəməndə bir bazarı vurdu, 107 nəfər öldü
    Ərəbistan Yəməndə bir bazarı vurdu, 107 nəfər öldü

Ərəbistan qırıcılarının Yəmənin Həccə vilayətində bir bazarı bombardman etməsi nəticəsində 107 nəfər həyatını itirib.

Əl-Məsirə informasiya kanalı Ərəbistan qırıcılarının Həccə bazarına hücumu zamanı ölənlərin sayının 107 nəfərə yüksəldiyini bildirib. Bundan öncə Nyu-York Tayms qəzeti Həccə bazarının bombardman edilməsi nəticəsində 90 nəfərin həyatını itrdiyini bildirmişdi.

Həccə vilayətinin səhiyyə idarəsinin rəisi Əymən Mütəkəvvər Röyters-ə verdiyi müsahibədə deyib: Ərəbistan qırıcılarının dünən Müstəba məntəqəsində yerləşən bazarı ardıcıl olaraq 3 dəfə bombardman etmələri zamanı 75 nəfər də yaralanıb.

Ərəbistan 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb.

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv 5 ölkə habelə, Mərakeş, Misir, İordaniya və Sudan Yəmənə qarşı hücumlarda iştirak edir. Somali də öz hərbi bazalarından Yəmənə qarşı hücumlarda istifadə icazəsi verib.