Ərdoğan: Türkiyə parlamenti terrorizmlə əlaqədar qanunları yenidən tərif etsin
Mart 17, 2016 11:26 Asia/Baku
-
Ərdoğan: Türkiyə parlamenti terrorizmlə əlaqədar qanunları yenidən tərif etsin
Türkiyə prezidenti deyib: Bu ölkə parlamenti terrorizmlə əlaqədar qanunların yenidən tərif olunması istiqamətində dərhal addım atmalıdır.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən terrorizmlə əlaqədar qanunların yenidən tərif olunması istiqamətində dərhal addım atmasını istəyib.
Bazar günü bomba quraşdırılmış avtomobildən istifadə olunaraq Ankarada əsas nəqliyyat dayanacağında törədilən terror aktında ən azı 37 nəfər həlak olub, 125 nəfər də yaralanıb.
Türkiyə Daxili İşlər Nazirliyi bildirib: Ankaradakı son terror aktını törədən şəxs PKK üzvü olub.