Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazları davam edir
-
Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etirazları davam edir
Bəhreyn xalqı Ali-Xəlifə rejiminin artan cinayətləri əleyhinə sivil etiraz aksiyası keçirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, yüzlərlə nəfər çərşənbə günü Sitrə adası, Biladül Qədim, Sənabis, Əddiraz məntəqələri başda olmaqla bir sıra məntəqələrdə aksiya təşkil edərək, Əhməd Fərhanın timsalında Ali-Xəlifə rejiminin repressiyalarının qurbanlarının xatirəsini yad ediblər.
Əhməd Fərhan təqribən 5 il öncə Ali-Səud hərbçilərinin paytaxt Manamada bəhreynli aksiya iştirakçılarına hücumu zamanı baş nahiyəsində aldığı güllə yarası nəticəsində həyatını tirmişdi.
Aksiya iştirakçıları Bəhreyn xalqının qatillərinin cəzalandırılmasını tələb edərək, siyasi məhbuslara azadlıq istəyiblər.
Təqribən 4000 bəhreynli siyasi düşüncələrinə görə həbs edilərək, Ali-Xəlifə zindanlarına salınıb.
Bu arada bir qrup bəhreynli din alimi bu ölkə rəsmilərindən ölkədə insan haqlarına qarşı yönəlmiş rəftarlara son qoyulmasını tələb ediblər.
Son zamanlar BMT-nin 3 tədqiqatçısı da Bəhreyndə insan haqlarının kobud surətdə pozulmasına görə vəziyyəti nigaranedici adlandırıb.
BƏhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı sivil etirazların şahididir.
Ali-Xəlifə rejimi Ərəbistan hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik qüvvələrinin köməyi ilə Bəhreyn xalqını repressiya edir.