İstanbul partlayışında 5 nəfər ölüb, 36 nəfər də yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i211765-İstanbul_partlayışında_5_nəfər_ölüb_36_nəfər_də_yaralanıb
Terror partlayışı İstanbulun İstiqlal cadəsini titrədib və indiyədək 5 nəfər ölüb, 36 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 13:29 Asia/Baku
  • İstanbul partlayışında 5 nəfər ölüb, 36 nəfər də yaralanıb
    İstanbul partlayışında 5 nəfər ölüb, 36 nəfər də yaralanıb

Terror partlayışı İstanbulun İstiqlal cadəsini titrədib və indiyədək 5 nəfər ölüb, 36 nəfər də yaralanıbdır.

İstanbulun Taksım meydanı yaxınlığındakı izdihamlı İstiqlal cadəsində intihar partlayışı nəticəsində indiyədək 5 nəfər ölüb, 36 nəfər də yaralanıb.

Türkiyənin MTV kanalı da bildirib ki, yaralıların arasında bir neçə iranlı da var.

Türkiyənin səhiyyə nazirinin sözlərinə görə, bu yaralılardan yeddi nəfərin vəziyyəti olduqca ağırdır və yaralılardan on iki nəfəri də digər ölkələrin vətəndaşlarıdır. Beş yaralı da sionist rejimdəndir.

Bir türkiyəli rəsmi də Röyters-ə deyibdir ki, PKK və ya onun tabeliyində olan qruplar bu partlayışın amilidirlər.

Polis qüvvələri partlayış məkanına çıxan yolları bağlayıblar.