Mart 20, 2016 12:59 Asia/Baku
  • Türkiyədəki terror partlayışı pislənib
    Türkiyədəki terror partlayışı pislənib

Bəhreyn Milli Birlik islami cəmiyyəti Türkiyənin İstanbul şəhərindəki terror hücumunu pisləyib.

Mərat Əl-Bəhreyn internet portalnını məlumatına görə, Bəhreyn Milli Birlik islami cəmiyyəti bir bəyanatda azı beş nəfərin ölümü ilə nəticələnmiş İstanbul şəhərinin mərkəzində törədilmiş terror partlayışını pisləyərək, bu hücumu cinayətkarcasına hərəkət adlandırıb.

Bəhreynin Milli Birlik islami cəmiyyəti bütün terror hücumlarını pisləyərək, onu İslam dininə və ən itidai insani dəyərlərə zidd adlandırıb, zira günahsız şəxslərin həyatını hədəfə alır.

Bəhreyn Milli Birlik islami cəmiyyəti Türkiyə xalqına və İstanbul şəhərinin mərkəzində törədilmiş terror partlayışı qurbanlarının ailələrinə başsağlığı verərək, bu ölkə üçün təhlükəsizlik, stabillik və inkişaf arzu edib.

Şənbə günü İstanbulun İstiklal caddesində bomba partlayışı nəticəsində bir iranlı daxil olmaqla beş nəfər ölüb, 36 nəfər də yaralanıbdır. Həlak olanların əksər hissəsi xarici turistlərdir.

Teqlər