Türkiyənin cənub-şərqində qanlı terror
Mart 28, 2016 10:18 Asia/Baku
-
Türkiyənin cənub-şərqində qanlı terror
Türkiyənin cənub şərqində baş vermiş partlayış nəticəsində bir qrup hərbçi ölüb vəyaralanıb.
Rusiyanın Sputnik informasiya agentliyi bildirir ki, Türkiyə ordusu dünən yaydığı bəyanatda Nüsəybin şəhərində PKK tərəfindən törədilən partlayış zamanı 2 hərbçinin öldüyü, daha 5 nəfərin isə yaralandığı barədə məlumat verib.
Ötən gün də PKK yaraqlıları Mardin əyalətində yerləşən Nüsəybin şəhərində bir polis əməkdaşı və bir hərbçini terror etmişdilər.
2015-ci ilin iyul ayından bəri Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK yaraqlıları arasında artan toqquşmalar nəticəsində təqribən 300 hərbçi həyatını itirib.
Türkiyə ordusu isə bu müddət ərzində mindən artıq PKK yaraqlısının öldürüldüyünü bildirir.
Teqlər