Ərəbistan; beynəlxalq neft bazarlarının dağılması amili
Ucuz neft bu həyati maddəni istehsal edən ölkələrin iqtisadiyyatlarının vücuduna zərbə vurmaqda davam edir.
Proqnozlara görə, 2016-cı ildə neftin beynəlxalq qiyməti təqribən 40 dollarda və ya ondan az qiymətdə qalacaq.
Neftin qiyməti 2014-cü ildən bəri öz dəyərini təqribən 75% itirib və hər bareldə 140 dollardan, hər bareldə təqribən otuz dollara enibdir.
Avropanın iri banklarından olan Fransanın Sosite General Bankı proqnoz edibdir ki, Amerikada və yenicə peyda olmuş bazarlarda tələb səviyyəsinin sabit qalmasına rəğmən, dünyada neft hasilatının artıq qalması davam etməkdə olacaq.
Ərəbistan tərəfindən OPEK(OPEC)-də təyin olunmuş paydan çox istehsal və tələbdən çox təqdim neft bazarlarını şoka salıbdır.
Amerikadan sonra dünyanın ikinci və üçüncü ən böyük neft istehsalçısı olan Ərəbistan və Rusiya bir neçə ay bundan öncə razılığa gəldilər ki, təyin olunmuş istehsal həddini artırmasınlar. Onlar yalnız hasilatın ötən ilin yanvarındakı istehsal miqdarına qədər azaldılması haqda danışıblar, halbuki hələ əməldə öz hasilatlarını azaltmayıblar.
Vaşinqton Tayms-ın yazdığına görə, beynəlxaql neft bazarına təsir göstərmək üzrə Ərəbistan-Rusiya razılaşması nəticəsiz qalıbdır.
Bəzi ekspetlər bu qənaətdədirlər ki, dünyada neftin iri müştərilərindən biri olan Çində neft üzrə tələbin artmasına rəğmən, bu ölkədə iqtisadi durğunluq mövcuddur ki, bu da nigaranedici bir məsələdir. Belə bir təhlükə mövcuddur ki, Çində iqtisadi durğunluğun davam etməsi tələb səviyyəsini aşağı salacaq.
Neft qiymətinin aşağı düşməsilə, ağır xərcli istehsal olan qum və daş qatlarından neft hasilatı sayılan "şil"(shale) neft istehsalçıları ciddi ziyan çəkiblər. Onlar hətta öz hasilatlarını dayandırıblar.
Peterson Beynəlxalq İqtisadiyyat Araşdırmaları İnstitutu ötən ay bildirdi ki, bu qumarda uduş və məğlubiyyət xətəri Əərbistanın, üstündə hesab açdığı məsələdən son dərəcə təhlükəlidir.
Amerikadakı bu iqtisadi araşdırmalar institutu Ərəbistanın neft siyasətlərindəki səhvlərinə toxunub və öz hesabatında yazıb: Ərriyadın İranın nüvə razılaşması üzərində mərc tutması da ağılsızcasına olub. Bu razılaşma İranın neft bazarına proqnoz edilən girişini də müjdə gətirdi.
İran 2012-ci ildən sanksiya səbəbindən bu bazardan uzaqda qalmışdı, amma bu gün şərait dəyişib və İranın bu bazarda iştirakı son bir neçə onildəkindən daha güclüdür.
Səudiyyə başçıları gözləyirdilər ki, neft qiymətinin kəskin tərzdə tənəzzülü İran iqtisadiyyatına zərbə vuracaq.
Hazırda Fars Körfəzi ətrafındakı ərəb ölkələrini hədələyən ən böyük təhlükə, təlatümlü neft bazarıdır. Neft analitiklərinin qənaətincə, bu vəziyyətin siyasi təsirləri Ərəbistan və Küveyt kimi ölkələr üçün onun iqtisadi təsirlərindən daha dağıdıcıdır. Xüsusən ona görə ki, Fars Körfəzi ətrafındakı ərəb ölkələri özlərinin hərbi proqramlarına milyardlarla dollar xərc çəkiblər.
Bu ölkələr dərin bir böhran uçurumunun kənarında durublar və əgər onlar Ərəbistanın təkəbbürlü siyasətlərinə tabe olmağı davam etdirərlərsə, özlərni ondan irəli gələn xətərlərlə üzləşməyə hazırlamalıdırlar.