Noy 22, 2024 12:36 Asia/Baku
  • Yəmən Türkiyə gəmisini vurub

Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Türkiyə gəmisini sionist rejimlə əməkdaşlıq etdiyi üçün raketlə hədəfə alıb.

  Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Yəhya Səri dünən verdiyi açıqlamada Türkiyəyə məxsus “Anadolu S” gəmisinin bir sıra uyğun ballistik və dəniz raketləri ilə hədəf alındığını və onun dəqiq vurulduğunu bildirib.

Yəmən Ənsarullahı xəbərdarlıq edib ki, əgər Türkiyə gəmilərini bir daha işğal olunmuş Fələstin ərazilərinə doğru göndərərsə, Hind okeanından tutmuş Oman dənizi və Cəbəllüttariq boğazına qədər onların bütün ticarət və iqtisadi gəmiləri Yəmənin dəniz və raket qüvvələrinin hədəfində olacaq.

Qeyd edək ki, Ərdoğan dəfələrlə Türkiyənin İsraillə ticarət əlaqələrini kəsdiyini açıqlayıb.

Teqlər