Suriyanın daha bir şəhəri azad olunmaq ərəfəsində
-
Suriyanın daha bir şəhəri azad olunmaq ərəfəsində
Hums şəhərinin şərqindəki Tədmur şəhərinin azad edilməsi ilə bir vaxtda Əlqəryətəyn şəhərinin azad edilməsi əməliyyatına başlamış Suriya ordusu bu gün şəhərə çıxan iki yüksəkliyə yiyələnib.
Suriya ordusu bazar günü, martın 27-də Tədmur şəhərini azad etdiyi andan bir saat sonra Tədmurun cənub-qərbindəki işğal olunmuş Əlqəryətəyn şəhərinə çıxan cəbhədə bir əməliyyata başladı və bu gün bu şəhərə çıxan iki yüksəkliyə yiyələnə bilib.
Suriya ordusu və Livan Hizbullahının müqavimət qüvvələri Hums vilayətinin şərqindəki irəliləyişlərin davamında və Tədmur şəhərinin azad edilməsindən sonra İŞİD terror qrupu ünsürlərinin digər bazası sayılan strateji Əlqəryətəyn şəhərinin ətrafının təmizlənməsini iş gündəminə salıblar.
Həmçinin Suriya ordusu bu ölkənin şimal-qərbindəki Həmah vilayətində Rusiyanın hava qüvvələrinin dəstəyilə Səlmiyyə şəhərinin şərqinə yaxın bir neçə məntəqəni azad edib.
Səlmiyyə Hums şəhərinin şimalındakı Həmah şəhərinin otuz kilometrliyində yerləşən mühüm bir şəhərdir.