13 ildən sonra suriyalı əsir sionist rejim məhbəsindən azad edilib
İşğal olunmuş Cövlan sakini olan bir suriyalı əsir illər boyu həbsdən sonra sionist rejim məhbəsindən azad edilib.
Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, əsirlər mübadiləsi üçün nəzərdə tutulmuş bir sionist həbrçini oğurlamağa səy göstərmək və işğalçılar qarşısında müqavimət ittihamı ilə on üç il sionist rejim məhbəslərində həbsə məhkum edilmiş işğal olunmuş Cövlan sakinlərindən olan suriyalı əsir Şam Şəms azad edildikdən sonra suriyalılar qarşısında Suriyanın ordusu, xalqı və müqavimətinə təşəkkür edibdir.
Şəms sionist rejim məhbəslərində həbsdə olan fələstinli və suriyalı məhbusların Suriya xalqına olan təbrik müraciətinə işarə edərək, deyib ki, Suriyanın ordusu, xalqı və müqavimətinin düşmənlərin hücumları qarşısındakı fəaliyyətləri təqdirəlayiqdir.
Bununla bağlı, azad olunmuş suriyalı əsirin atası Kamal Şəms də Suriya xalqını qəhrəman xalq adlandırıb və ümidvarlıq edib ki, Suriya, prezident Bəşşar Əsəd və bu ölkənin ordusu sabitlik və təhlükəsizlikdə olacaqlar.
Bundan öncə Suriyanın SANA informasiya agentliyi bildirmişdi ki, sionist işğalçılar, sionist düşmən qarşısında müqavimətə görə, suriyalı əsir şair- Macid Fərhan-ı beş il yarım həbsə dözdükdən sonra azad ediblər.