Sionist rejimin Qüdsdə yeni məkrli planı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i213520-sionist_rejimin_qüdsdə_yeni_məkrli_planı
Fələstin İslam Hərəkatının üzvü sionist rejimin Qüdsdə islam abidələrini məhv etmək üzrə yeni məkrli planı barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2016 09:46 Asia/Baku
  • Sionist rejimin Qüdsdə yeni məkrli planı
    Sionist rejimin Qüdsdə yeni məkrli planı

Fələstin İslam Hərəkatının üzvü sionist rejimin Qüdsdə islam abidələrini məhv etmək üzrə yeni məkrli planı barədə xəbərdarlıq edib.

Qüds və əl-Əqsa Məscidinin məsələləri üzrə müşaviri və Fələstin İslam Hərəkatının üzvü ƏLi Əbuşeyxə bazar günü İRNA-ya verdiyi müsahibədə deyib: Sionist rejim böyük obyektlərin inşası layihəsini təsdiqləməklə Qüds Şərifin islam və ərəb abidələrini dağıtmaq və onları yeni məkanlarla əvəzləmək ardıncadır.

Əli Əbuşeyxə əlavə edib: Sionist rejim Silvan şəhərciyinin Vadi Həlvə bölgəsinin girişində Kidim obyekti inşa edərək Qüds-Şərifin cənub hissəsini dağıtmaq istəyir.

Əbuşeyxə həmçinin deyib: Qüds şəhərinin qədim cənub hissəsində ardıcıl qazıntılar nəticəsində bir çox fələstinlinin evi çökmüşdür.