Apr 05, 2016 09:16 Asia/Baku
  • Türkiyənin Qəhrəmanmaraş vilayətində hökumət əleyhinə aksiya
    Türkiyənin Qəhrəmanmaraş vilayətində hökumət əleyhinə aksiya

Türkiyə polisi bu ölkənin cənub-şərqində Qəhrəmanmaraş vilayətində hökumət əleyhinə aksiyanı yatırıb.

İRİB-in məlumatına görə, Türkiyə mediaları bazar ertəsi günü bildiriblər: Təhlükəsizlik qüvvələri aksiyanı yatırmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər.

Bir qrup sakin vilayətin Qədiroğlu şəhərində düşərgənin yaradılmasına etiraz edib və onun yığışdırılmasını istəyib.

Türkiyə təhlükəsizlik qüvvələri 6 etirazçını həbs ediblər.

Bu aksiya 9 gün öncədən düşərgənin salınmasına etiraz olaraq davam edir və etirazçılar bildirirlər ki, bu düşərgə əl-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmalarının məkanına çevriləcək.

Digər tərəfdən Türkiyə polisi hökumətə müxalif Qarşı qəzetində çalışan 4 jurnalisti həbs edib.

Bu həbslər Türkiyə hökumətinin müxalif media və jurnalistlərə qarşı davamlı repressiyası çərçivəsində baş tutub.

Teqlər