Apr 07, 2016 18:14 Asia/Baku
  • Livanın Əlminar telekanalı verilişlərinin dayandırılmasına reaksiyalar
    Livanın Əlminar telekanalı verilişlərinin dayandırılmasına reaksiyalar

Livanlı qruplar, şəxsiyyətlər və rəsmilər Misirin Rabitə Təşkilatının Livanın Əlminar telekanalı verilişlərinin Nilesat peykindən yayılmasının dayandırılması üzrə hərəkətini pisləyib və bu hərəkəti terroristlər və sionistlərin maraqları istiqamətində dəyərləndiriblər.

Livan Hizbullahı bir bəyanatda Misirin Rabitə Təşkilatının Livanın Əlminar telekanalı verilişlərinin Nilesat peykindən yayılmasının dayandırılması üzrə hərəkətini pisləyib və bu hərəkəti söz azadlığının aşkar surətdə pozulması və Fələstin, Yəmən, Suriya və Livanın məzlum xalqları xüsusiyyət təşkil etməklə regionda müqavimətin səsini susdurmaq üzrə bir səy adlandırıb.

Hizbullah bu bəyanatda bildirib: Misirin Rabitə Təşkilatının Livanın Əlminar telekanalı verilişlərinin yayılmasının dayandırılması barədə qərarı bəzi ərəb rejimlərinin bütün sahələrdə müqavimətə qarşı başladıqları hücumlar ilə tam koordinasiyadan xəbər verir.

Sioniist rejimin bir telekanalı Misirin Rabitə Təşkilatının hərəkətindən razılıq edərək, proqnoz edib ki, Misir, Əlminarın Nilesat-dan yayımının dayandırılması qarşılığında səudiyyənin Livan ordusuna verməli olduğu, amma onun ödənişindən çəkindiyi həmin dörd milyard dollarlıq köməyi alacaq.

Teqlər