Ərəbistan məhbus xəstələrin müalicəsinə mane olur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i214534-Ərəbistan_məhbus_xəstələrin_müalicəsinə_mane_olur
Səudiyyə başçıları məhbus xəstələrin müalicəsinin qarşısını alırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2016 11:09 Asia/Baku
  • Ərəbistan məhbus xəstələrin müalicəsinə mane olur
    Ərəbistan məhbus xəstələrin müalicəsinə mane olur

Səudiyyə başçıları məhbus xəstələrin müalicəsinin qarşısını alırlar.

Ali-Səud müxaliflərinin telekakanalı olan Nəba telekanalının internet portalının məlumatına görə, səudiyyə zindan gözətçiləri ötən bir həftədə ərəbistanlı məhbus və xəstə din xadimi Şeyx Husəyn Raziyə dərmanın çatdırılmasını əngəlləyiblər.

Ürək çatışmazlığı xəstəliyi olan Şeyx Husəyn Razi martın 22-də Ərəbistanın siyasətlərinə etiraz xarakterli çıxışından sonra həbs olunub.

Şeyx Husəyn Razi ərəbistanlı mübariz din xadimi Şeyx Nimr Baqir Əlnimrin yanvar ayında edam edilməsindən sonra bu ölkənin şərqindəki Ələhsa şəhərində Ali-Səuda qarşı çoxlu sayda çıxışlar edib.

Ali-Səud illərdir ki, hökumət müxaliflərini repressiya və həbs edir.

Beynəlxalq təşkilatlar və hüquq müəssisələri daim Ərəbistan dövlətini repressiv hərəkətlərin şiddətlənəsinə görə, tənqid ediblər.