Hit şəhəri İŞİD-in işğalından azad edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i215134-hit_şəhəri_İŞİd_in_işğalından_azad_edildi
İraqın müştərək əməliyyat qərrgahı ölkənin qərbində yerləşən əl-Ənbar əyalətinin strateji əhəmiyyətli Hit şəhərinin İŞİD-in işğalından azad edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2016 09:38 Asia/Baku
  • Hit şəhəri İŞİD-in işğalından azad edildi
    Hit şəhəri İŞİD-in işğalından azad edildi

İraqın müştərək əməliyyat qərrgahı ölkənin qərbində yerləşən əl-Ənbar əyalətinin strateji əhəmiyyətli Hit şəhərinin İŞİD-in işğalından azad edilməsindən xəbər verib.

Əl-Məyadin informasiya agentliyinin verdiyi məlumata görə, İraqın müştərək əməliyyat qərargahı bu gün cümə bir bəyanat yayaraq, bildirib: İraqın terrorizm ilə mübarizə qüvvələri ordunun Hava Qüvvələrinin və beynəlxalq anti-İŞİD koalisiyasının qırıcı təyyarələrinin dəstəyi ilə Hit şəhərini İŞİD-in işğalından azad etməyi bacarıb.

Bu məlumata görə, Hit şəhərinin azad edilməsi əməliyyatında yüzdən çox terrorçu öldürülüb.

İraq ordusu 31 mart tarixində Hit şəhərinin azad edilməsi əməliyyatına başlamışdı.