Türkiyənin Kilis şəhərində daha bir nəfər öldürülüb
-
Türkiyənin Kilis şəhərində daha bir nəfər öldürülüb
Türkiyə mediaları bildiriblər ki, Suriyadan Türkiyənin sərhəd Kilis şəhərinə raketlərin atılması nəticəsində beşinci nəfər öldürülbdür.
Frans-Press-in məlumatına görə, NTV kanalı bildirib ki, son qurban suriyalı bir uşaq olubdur ki, yaralarının ağırlğı üzündən xəstəxanada dünyasını dəyişib.
Türkiyədə Kilips icra hakiminin ofisi bazar ertəsi günü bir bəaynatda bildirib ki, üç uşaq daxil olmaqla dörd suriyalı Türkiyənin bu sərhəd şəhərində Suriyadan raketlərin atılması nəticəsində öldürülübdür.
Bu icra hakimi sonra bildirib ki, beş digər şəxs də yaralanıbdır.
Türkiyənin Doğan xəbər agentliyinin məlumatına görə, təkfirçi-sionist İŞİD qrupunun nəzarətində olan məntəqədən atılan bu raketlər bir məktəb və xəstəxananın yaxınlığındakı bir evin damına düşübdür.
Cari milad ilinin başlanmasından bəri bir qrup suriyalı didərginin say cəhətdən türkiyəli saknləri üstələdiyi Kilis şəhəri dəfələrlə raket hücumuna məruz qalıb və bir neçə mülki şəxs həlak olubdur.
Kilis sakinlərindən yüzlərlə nəfər son zamanlar artıq təhlükəsizliyə malik olmaq üçün aksiya keçiribdir.