Ərəbistan qırıcıları Yəmənin mərkəzini bombaladılar
-
Ərəbistan qırıcıları Yəmənin mərkəzini bombaladılar
Ərəbistanın qırıcı-bombardmançı təyyarələri Yəmənin mərkəzində yerləşən Məarib vilayətini bombardman ediblər.
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Hilan, Sərvah və Məşcəh məntəqələri güclü bombardmana məruz qalıb. Bu hücumların ehtimal olunan insan tələfatı barədə məlumat yayılmayıb.
Ərəbistana bağlı muzdlu qüvvələr isə Səna əyalətində, Nəhəm məntəqəsində yerləşən Cəbəl Hərim məntəqəsini raket hücumuna məruz qoyublar.
Yəməndən daxil olan digər bir məlumata görə, Ali-Səud Yəmənin şimalında yerləşən Cəvf əyalətində, Ğil məntəqəsini artilleriya atəşinə tutublar.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistana bağlı muzdlu qüvvələrin Ğil məntəqəsinə olan hücumunu geri oturdublar. Bu əməliyyat zamanı bir qrup muzdlu öldürülüb və yaralanıb.