Yəmən ordusu təcavüzkara sərt cavab verir
-
Məhəmməd Abdussalam
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Yəmən ordusunun təcavüzkarların istənilən hücumu ilə mübarizə aparmaq hazırlığına malik olduğunu bildirib.
Livanın əl-Məyadin telekanalının məlumatına görə, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Abdussalam deyib: Yəmən ordusu və xal qüvvələri indi tam ayıq-sayıqdır və istənilən təcavüzkarlığa cavab verəcəklər.
Yəmən Sülh Danışıqlarında iştirak etmək məqsədilə Küveytə səfər edən Məhəmməd Abdussalam deyib: Ənsarullah Hərəkatı atəşkəsin istənilən halda pozulması qarşısında münasib tədbirlər görəcək.
Yəmən Sülh Danışıqları bazar ertəsi günü qarşıdurma tərəflərinin nümayəndələrinin iştirakı ilə keçirilməli idi. Lakin Ərəbistan tərəfindən atəşkəsin pozulmasına görə təxirə salınıb.
Ərəbistan təxminən 14 aydır ki, Yəmənə hücumla 25 mindən çox yəmənlini qətlə yetirib və yaralayıb.