Əhraruş-Şam terrorçularının başçısı öldürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i216115-Əhraruş_Şam_terrorçularının_başçısı_öldürüldü
Əhraruş-Şam terror qruplaşmasının hərbi başçısı Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində kamikadze əməliyyatında 3 terrorçu ilə birlikdə öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2016 07:10 Asia/Baku
  • Əhraruş-Şam terrorçularının başçısı öldürüldü
    Əhraruş-Şam terrorçularının başçısı öldürüldü

Əhraruş-Şam terror qruplaşmasının hərbi başçısı Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində kamikadze əməliyyatında 3 terrorçu ilə birlikdə öldürülüb.

Əbu Hüseyn kimi tanınan Macid Hüseyn əl-Sədiq Suriyada Əhraruş-Şam qruplaşmasının hərbi başçılığına təyin olunmazdan öncə, bu qruplaşmada bir neçə vəzifəyə malik idi.

Suriya İnsan Haqları Gözətçisi Təşkilatı bildirib: Motorsikletli naməlum şəxs Əhraruş-Şam qərargahına gəlib və bu qruplaşmanın üzvləri arasında daxil olub. Sonra üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə Əhraruş-Şam qruplaşmasının başçısı, üç nəfərlə birlikdə öldürülüb.

Suriyada terror qruplaşmalarının güclü ixtilafları vardır. Bu qruplaşmaların arasında qanlı toqquşmalarla bağlı dəfələrlə məlumatlar verilmişdir.

Suriyalı müxaliflərin bir qrupu şənbə günü bildirib ki, Suriyada Bəşşar Əsədin iqtidardan kənarlaşdığı halda vəziyyət daha da ağırlaşacaq və müxaliflər iqtidarı əldə etmək üçün ağır toqquşmalara girəcəklər. Bu da, ölkəni parçalanmaya sürükləyəcək.